Birinci Liqada mübarizə aparan “İmişli” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, əyalət klubunda bu posta təcrübəli mütəxəssis Əsgər Abdullayev gətirilib.
O, ötən il komandanı çalışdırmış Ruhid Usubovu əvəzləyib.
Qeyd edək ki, Əsgər Abdullayev milli komandalarımızda, eləcə də bir çox klubda baş məşqçi işləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media