Rumıniyanın “Rapid” klubunun futbolçusu Marko Duqanjiçin “Neftçi”yə keçidi alınmayıb.
Bizim.Media xəbər verir ki, yeni baş məşqçi Adrian Mutunun istəyi ilə paytaxt klubu xorvatiyalı hücumçu ilə danışıqlara başlamışdı.
Həm Duqanjiç “Neftçi”yə keçmək istəməyib, həm də “Rapid”in forvarda görə tələb etdiyi transfer məbləği xeyli yüksək olub.
Belə olan halda, “Neftçi” başqa variantları gözdən keçirməyə başlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media