Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində 20 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "B" divizionun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, C qrupunda qərarlaşmış U-20 millimiz qrupdakı üçüncü oyununda Kosova yığmasına 71-75 hesabı ilə məğlub olub.
Millimizin qrupda sonuncu oyunu 12 iyul Bakı vaxtı ilə saat 21:00-da Gürcüstan seçməsinə qarşı baş tutacaq və qarşılaşma FIBA-nın rəsmi "Youtube" hesabından canlı yayımlanacaq.
Bizim.Media