Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Luiş Kaştru ilə 2 illik müqavilə imzalanıb.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun həmyerlisi ilə şəxsən əlaqə saxladığı və onu komandaya rəhbərlik etməyə razı salması haqda xəbərlər yayılıb.
Qeyd edək ki, Luiş Kaştrunun son iş yeri Braziliyanın "Botafaqo" klubu olub.
Bizim.Media