Neftçi” kapitan Emin Mahmudovla yeni müqavilə bağlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə 2+1 il şərtli müqavilə imzalanıb. 2017-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin müqaviləsinin müddəti 2022/2023 mövsümünün sonunda başa çatmışdı.
Geridə qalan 6 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 191 oyun keçirib, 50 qol vuran Mahmudov 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.
Qeyd edək ki, bundan əvvəl qapıçı İvan Brkiçlə müqavilənin müddətini uzadan “Neftçi” milli komandamızın üzvləri – yetirməsi olan qolkiper Emil Balayev və xorvat əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.
Rəşad Rafiqoğlu, Bizim.Media