Premyer Liqanın debütantı “Araz-Naxçıvan”ın yeni mövsümə harada başlayacağı dəqiqləşib.
Bizim.Media xəbər verir ki, Muxtar respublikadakı mərkəzi stadion Premyer Liqa üçün tam yararlı deyil və təmir işləri aparılır.
Bu səbəbdən komanda ilk dövrəni paytaxtda keçirəcək.
Öncə komandanın rəqiblərini Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcəyi gözlənilsə də, klub rəhbərliyinə Zaur Axundovun gəlişi ilə vəziyyət dəyişib. Belə ki, komandanın “ASK Arena”da oynamaq variantı yaranıb.
Yekun qərar qarşıdakı günlərdə veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media