“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, gəncəlilər “Turan Tovuz”un oyunçusu Ehtiram Şahverdiyevlə razılıq əldə edib.
O, növbəti mövsümdə “Kəpəz”in formasını geyəcək. “Turan Tovuz”la yeni müqavilə bağlasa da, müdafiəçi sonradan fikrini dəyişib. O, əsas heyətdə oynamaq istədiyindən belə qərar verib.
Transferin bu həftə açıqlanması gözlənilir. Şahverdiyev "Kəpəz"lə bir illik müqavilə bağlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media