"Neftçi"də qalmağa qərar verən Emin Mahmudov Rusiyaya yollanıb.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın kapitanı bu gün səhər saatlarında Sankt-Peterburqa (Rusiya) uçub.
Təcrübəli futbolçu Rusiyada yeni mövsümə hazırlaşan komandanın məşqlərinə qoşulacaq. 31 yaşlı futbolçu bakılılarla müqavilə müddətini üç il də artırıb.
Mahmudov 2017-ci ildən "Neftçi"nin formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media