Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb.
Bizim.Media xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.
Komandamız A qrupda yer alacaq. Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.
İlkin mərhələ (22-27 avqust) A qrup Araz-Naxçıvan (Azərbaycan) Riqa (Latviya) Jahn Regensburq (Almaniya) İstanbul Şişli (Türkiyə)
Rəşad Rafiqoğlu, Bizim.Media