Bakıdakı Dünya Kubokunun loqosu təqdim olundu – FOTO  

İyulun 30-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokunun loqosu təqdim olunub.  

Bizim.Media xəbər verir ki, loqoda  Bakının əsas rəmzlərindən biri olan Qız Qalası və şahmatda top fiqurunun elementlərindən istifadə olunub.  

Top fiquru ilə qalanın cizgilərində memarlıq cəhətdən oxşarlıq yaradılıb.  Sayca 10-cu dəfə təşkil olunacaq Dünya Kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.  
Şahmat dünyasının nüfuzlu yarışlarından sayılan Dünya Kubokunda planetin ən güclü zəka sahibləri mübarizə aparacaq. Onlar arasında dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç,2835), yüksək sıralarda qərarlaşan həmyerlilərimiz Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov, eyni zamanda Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Qukeş Dommaradju (Hindistan) və digərləri Dünya Kubokunda qələbə uğrunda yarışacaq.  

Qadınların yarışında hazırkı dünya çempionu Yu Vençjun (Çin), Aleksandra Qoryaçkina (FİDE), Xampi Koneru (Hindistan), Katerina Laqno (FİDE), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Mariya və Anna Muzıçuk (Ukrayna), Günay Məmmədzadə (Azərbaycan) iştirakçılar sırasında olacaq.  

Azərbaycanı Dünya Kubokunda Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli qadın millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcək. 

Dünya Kubokunda kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.  

Xatırladaq ki, Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə paytaxtımızda keçirilib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İki gün hava küləkli olacaq - XƏBƏRDARLIQ

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

İlham Əliyevin Tbilisidə İrakli Kobaxidze ilə görüşündən YENİ VİDEO

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

Ərazilərdən hələ də yağış suları çəkilir - VİDEO

ABŞ-İran sülh danışıqları BAŞLADI

ABŞ-İran sülh danışıqları BAŞLADI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

End of content

No more pages to load

RADİO