“Kəpəz” klubu transferdə susqunluğunu pozmaq üzrədir.
Bizim.Media-nın əldə etdiyi xəbərə görə Gəncə təmsilçisi ilk növbədə qapıçı problemini həll edib.
Klub belaruslu qolkiper Vladislav Vasilçakla razılıq əldə edib. Təcrübəli futbolçu iyulun 10-da ölkəmizə gələrək “Kəpəz”lə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, “Neman” Qrodno klubunun yetirməsi olan Vasilçuk ancaq Belarus klublarında oynayıb. Onun sonuncu klubu “Slutsk” olub.
Rəşad Rafiqoğlu, Bizim.Media