Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin Türkiyənin "Ümraniyespor" klubuna keçidi rəsmiləşib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabında məlumat yerləşdirilib.
28 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.
Qeyd edək ki, Coşqun Diniyev "Səbail"dən "Ümraniyespor"a transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media