“Qəbələ”nin futbolçusu Feras Abu Akal İsraildə əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ötən mövsümün sonunda zədələnmişdi. O, ön çarpaz bağlarından əməliyyat olunub. Əməliyyat uğurla keçib.
Qeyd edək ki, dayaq yarımmüdafiəçisi 2022-ci ildən əyalət klubunda çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media
