“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, “dənizçilər” yarımmüdafiəçi Yadin Luqasinin keçidini rəsmiləşdirib.
24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Yadin son olaraq ölkəsində "Kiryat Şimona"da çıxış edib.
Qeyd edək ki, "Səbail" bu gün digər bir israilli futbolçunu - Nir Bardeanı da heyətinə qatıb. Həmçinin klub daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev və Amil Yunanov sıralarına cəlb edib.
Rəşad Rafiqoğlu, Bizim.Media