“Real”ın və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos MLS-ə keçməyə yaxındır.
Bizim.Media xəbər verir ki, ispaniyalı futbolçu karyerasını “İnter Mayami”də davam etdirəcək.
Tərəflər artıq tam razılığa gəlib.Ramos “İnter”ə azad agent statusunda keçəcək.
Qeyd edək ki, Messi də hazırda “İnter Mayami”də çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media