"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Cəbəllütariq "Linkoln"u heyətini yeni futbolçu ilə gücləndrib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
"Linkoln" nigeriyalı yarımmüdafiəçi Samson Acayini transfer edib. 24 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, "Qarabağ"la "Linkoln" arasındakı ilk matçı iyulun 11-də Cəbəllütariqdə olacaq. Cavab oyunu isə iyulun 19-da Bakıda keçiriləcək.
Bizim.Media