“Qəbələ” heyətinə daha bir yeni futbolçu qatıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Osama Xalaylanın transferini gerçəkləşdirib. 25 yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Osama peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib.
İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.
Qeyd edək ki, "Qəbələ" bu gün digər bir israilli oyunçu Gilad Avramov da transfer edib. Həmçinin klub bu yay Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afrikonu da sıralarına qatıb.
Bizim.Media