Yeni mövsümdə Premyer Liqada çıxış edəcək Naxçıvan təmsilçisi artıq Bakı Olimpiya stadionunda məşqlərə başlayıb.
Bizim.Media xəbər verir ki, artıq komandaya qoşulan yeni oyunçular var.
Mövsümlərarası fasilədə “Səbail”dən ayrılan Nihad Qurbanlı, Turan Manafov və Ruslan Hacıyev Bağırovun sərəncamındadı. Hər üç futbolçu ilə bir illik müqavilə imzalanacaq.
Onlarla yanaşı, ötən mövsüm “Kəpəz”in şərəfini qoruyan Abdulla Rzayev və Nicat Süleymanov da naxçıvanlıların düşərgəsindədir.
Rəşad Rafiqoğlu, Bizim.Media