“Səbail”in yeni icraçı direktoru müəyyənləşib.
Bizim Media xəbər verir ki, klubun Müşahidə Şurasının üzvü Firuz Abdulla həmin vəzifəyə təyin olunacaq.
AFFA-da media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan funksioner böyük ehtimalla bu postundan ayrılacaq.
Qeyd edək ki, “Səbail”in əvvəlki icraçı direktoru Fərəc Əliyev mövsüm başa çatdıqdan sonra istefa vermişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media