“Sabah”ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına məlum olub.
Bizim.Media xəbər verir ki, ölkımizi Avropa Konfrans Liqasında təmsil edəcək paytaxt təmsilçisi Lüksemburq millisinin üzvü Vensan Tillə maraqlanır.
Müqavilə ilə Ukraynanın “Vorskla” klubuna məxsus olan yarımmüdafiəçi son mövsümü icarə əsasında İsveçin AİK klubunda keçirib.
Onun “Vorskla” ilə müqaviləsi 2024-cü ildə başa çatacağından Tillenin icarə əsasında “Sabah”da oyanaması da mümkündür.
Rəşad Rafiqoğlu, Bizim.Media