Avropa Konfrans Liqasında iştirak edəcək "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, "qırmızı-qaralar" müqavilə ilə "Sabah"a məxsus olan İdris İnqilablını rənglərinə bağlayıb.
21 yaşlı yarımmüdafiəçi artıq bölgə təmsilçisinin düşərgəsinə qoşulub. İdris İnqilablı "Qəbələ"nin yetirməsidir. O, son mövsümün ikinci yarısını icarə əsasında "Kəpəz"də keçirib.
Qeyd edək ki, "Qəbələ" bunadək Ahmed Ayzaya, Zurab Oçiqava və Lukas Afrikonu transfer edib.
Rəşad Rafiqoğlu, Bizim.Media