“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir.
Bizim Media xəbər verir ki, “ağ-qaralar” toplanışın 4-cü günündə bir məşqlə kifayətlənib.
Bakı vaxtı ilə saat 12:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Aqil Məmmədov iştirak etməyib. Əvəzində, komandanın düşərgəsinə qoşulan Ataa Caber məşqə qatılıb.
Qeyd edək ki, “Neftçi” Match TV kubokunda növbəti oyununu İyulun 8-də “Srvena Zvezda” klubuna qarşı keçirəcək.






Rəşad Rafiqoğlu, Bizim.Media