“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi David Sambissa ilə danışıq aparır.
Qabon millisinin üzvü olan yarımmüdafiəçi “Bordo” klubunun yetirməsidir.
Son klubu Niderlandın “Kombyur” komandası olan futbolçu hazırda azad agent statusu daşıyır. Universal futboçu olan Sambis yarımmüdafiənin hər iki cinahında, həmçinin sol müdafiəçi kimi də oynaya bilir.
Rəşad Rafiqoğlu, Bizim.Media