İsveçin "Djurqarden" klubu hücumçu Musa Qurbanlının transferinə görə Azərbaycanın "Qarabağ" futbol klubuna nə qədər pul ödəyəcəyi məlum olub.
Bizim.Media xəbər verir ki, Ağdam klubu bu transfer üçün 500 min avrodan bir qədər az (təxminən 920 min manat) qazanacaq.
Xatırladaq ki, bu gün 21 yaşlı hücumçu tibbi müayinədən keçməlidir. Problem olmasa, onunla 3 illik müqavilə imzalanacaq.
Bizim.Media