Hazırda Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” 3 gündən sonra İspaniyaya yollanacaq.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi toplanışı Marbelya şəhərində davam etdirəcək.
İyulun 9-na qədər burada hazırlaşacaq Qurban Qurbanovun yetirmələri iyulun 9-da Cəbəllütariqə gedəcək.
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”-“Qarabağ” oyunu iyulun 11-də saat 19-30-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media