Transfer çalışmalarını davam etdirən “Qarabağ” danışıq apardığı futbolçulardan biri ilə anlaşa bilməyib.
Bizim.Media xəbər verir ki, söhbət venesuelalı yarımmüdafiəçi Conder Kadisdən gedir.
Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyiblər.
Qeyd edək ki, Kadis Portuqaliyanın “Famalikan” klubunun şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media