İyulun 2-si və 3-də İsrailin Netanya şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu mərhələdə iştirak edəcək "Neftçi" klubu, B qrupunda Niderland, Litva və "Qyor"(Macarıstan) komandaları ilə mübarizə aparacaq.
"Neftçi" ilk oyununu Bakı vaxtı ilə saat 18:25 -də Niderland seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda birinci yeri tutmuş komandalar yarımfinala, ikinci və üçüncü yeri tutmuş komandalar isə 1/4 finala vəsiqə qazanacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media