Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Araz Naxçıvan" ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Muxtar Respublika təmsilçisi klubsuz olan Şahin Zəkiyevi heyətinə qatıb.
Qolkiperlə 1 illik müqavilə imzalanacaq. Son klubu Polşada "Sokol" olan Zəkiyev daha əvvəl Azərbaycanda "Keşlə" (indiki "Şamaxı") və "Səbail"də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media