“Kəpəz” klubu daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, Tural Rzayev növbəti mövsümü də komandanın heyətində keçirəcək.
Ancaq futboçunun komandadan getməsi də mümkündür. Əgər yarımmüdafiəçiyə xarici klublardan təklif gəlsə, o zaman rəhbərlik onun gedişinə şərait yaradacaq. Bununla bağlı müqaviləyə xüsusi bənd də salınıb.
Qeyd edək ki, Rzayev 2015-ci ildən “Kəpəz”də çıxış edir. O, müxtəlif vaxtlarda Litva və Gürcüstanda da legioner həyatı yaşayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media