“Sumqayıt” klubu heyəti gücləndirmək üçün işləri davam etdirir.
Bizim.Media xəbər verir ki, legioner axtarışında olan Samir Abasovun komandası braziliyalı hücumçu ilə maraqlanır.
Söhbət Albaniyanın “Erzeni” klubunda oynayan Patrik Nonatodan gedir. Hazırda hücumçu ilə danışıqlar davam etdirilir.
Qeyd edək ki, Patrik Nonato karyerasının böyük hissəsini vətənində keçirib. 26 yaşlı forvard ötən mövsüm “Fluminense”dən “Erzeni”yə keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media