“Zirə” klubunun rəhbərliyində yeni təyinat olub.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Seyidağa Babayev klubun vitse-prezidenti təyin edilib.
Qeyd edək ki, Seyidağa Babayev əvvəllər “Zirə” klubunda icraçı direktor, daha sonra isə uşaq futbol akademiyasının koordinatoru vəzifəsində çalışıb.
Rəşad Rafiqoğlu, Bizim.Media