Növbəti mövsüm üçün heyətini gücləndirməyə çalışan “Turan Tovuz” bir sıra futbolçularla danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, komanda xüsusilə hücum xəttini gücləndirməyə çalışır. Danışıq aparılan futbolçular biri də braziliyalı Paçudur. 27 yaşlı forvardın son klubu Portuqaliyanın “Trofense” komandası olub.
Bundan başqa “Turan Tovuz” müqavilə ilə “Neftçi”yə məxsus olan Xəyal Nəcəfovun daha 1 il icarəyə götürülməsi ilə bağlı paytaxt təmsilçisi ilə razılığa gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media