Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla bundan sonra komandanın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib. Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media