“Qarabağ”ın bu mövsüm üçün ilk transferi Juninyo oldu.
Bizim.Media xəbər verir ki, çempion braziliyalının keçidi üçün Portuqaliyanın “Şaveş” klubuna 450 min avro təzminat ödəyib.
Bu isə təxminən 830 min manat edir.
Futbolçunun özü isə ilinə 500 min avro qazanacaq. Müqavilənin 3 illik olduğunu nəzərə alsaq, “Qarabağ” bu müddətdə Juninyoya 1 milyon 500 min avro (təxminən 2 milyon 800 min manat) maaş ödəyəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media