İranın "Mes Rafsanjan" klubu Qarabağ"ın forvardı Musa Qurbanlını transfer etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, qonşu ölkə təmsilçisi yayda heyətini yeni hücumçu ilə gücləndirmək istəyir və namizədlər arasında Musa Qurbanlı da var.
Adıçəkilən klub milli komandamızın da üzvü olan hücumçuya görə, illik 400 min dollar verməyə hazırdır.
Qeyd edək ki, "Mes Rafsanjan" klubu son mövsüm İran liqasında 5-ci pilləni tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media