Leonardu Jardim Qətərin “Əl- Rayan” klubunun baş məşqçisi təyin olunub.
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Jardim son illərdə Ərəb ölkələrində fəaliyyət göstərirdi. O, 2021-2022-ci illər mövsümündə “Əl Hilal”ın, ötən il isə “Şabab Əl Əhli”ni çalışdırıb. Jardim məşqçi kimi ən böyük uğurlarını “Monako”da işləyərkən əldə edib.
“Knyazlıq komandası” 20162017 mövsümündə Fransa çempionu olub və ÇL-də yarımfinala kimi irəliləyib. Jardim “Monako”dan ayrıldıqdan sonra bir müddət işsiz qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media