“Dauqavpils” forması geyinən Ramin Nəsirli Azərbaycana qayıda bilər.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçiyə “Kəpəz”dən ciddi təklif gəlib.
“Neftçi”yə məxsus olan futbolçu Gəncə klubunun məşqçilər korpusunun maraq dairəsindədir. “Kəpəz” onun keçidini yaxın vaxtlarda həll etmək istəyir.
Amma Nəsirlinin legioner həyatı yaşamaq arzusu bu transferə mane ola bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media