Ötən mövsüm PSJ-də çıxış edən Lionel Messi Fransa Liqa 1-də 2022/2023 mövsümünün ən yaxşı əcnəbi futbolçusu seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə turnirin rəsmi "Twitter" səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, argentinalı hücumçu ötən mövsüm Liqa 1-də 32 matçda 16 qol vurub və eyni sayda qolun ötürməsini verib.
Xatırladaq ki, Messi bu ay azad agent kimi PSJ-də ayrılıb və "İnter Mayami"yə keçib.
Bizim.Media