İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Luka Modriçin müqaviləsinin müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xorvatiyadan olan 37 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Xatırladaq ki, Modriç 2012-ci ildən “Real”da çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media