İyunun 27-si və 28-də Fransanın Puatye şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu mərhələdə iştirak edəcək "Neftçi" klubu A qrupunda Kanada və İtaliya milliləri ilə mübarizə aparacaq. "Neftçi" qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30 -da Kanada seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media