"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı davam edir.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubu ikinci məşqinə çıxıb.
Azərbaycan çempionu hazırlıq çərçivəsində "Ferensvaroş" (27 iyun), "Legiya" (1 iyul) ilə qarşılaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin üçüncü rəqibi isə Bolqarıstanın SSKA komandası olacaq.
Bu görüş iyulun 4-də baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media