Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən 3-cü Avropa Oyunlarına qələbə ilə başlayıb.
Bizim.Media xəbər verir ki, 80 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçivəsində Kevin Şumannla (Almaniya) qarşılaşıb.
Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçumuz 3-cü hissədə tam üstünlüklə qalib gəlib. O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.
Digər boksçularımızdan dünya çempionumuz Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirib və startdaca uduzub. Zeynəb Rəhimova (54 kq) da Lenuta Periyoçla (Rumıniya) mübarizədə eyni aqibəti yaşayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media