"Aleksandriya"dan ayrılan Emil Mustafayev özünə yeni komanda tapıb.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi Ukraynada qalası olub.
O, "Polesye" klubu ilə anlaşıb. Mustafayev Jitomir klubu ilə iki illik müqaviləyə qol çəkib.
Həmyerlimizin komandası başa çatan mövsümü birinci divizionda çempion olaraq yüksək liqaya vəsiqə qazanıb.
Əlavə edək ki, Emilin adı "Neftçi", "Zirə" və "Sabah" klubları ilə hallanırdı.
Rəşad Rafiqoğlu, Bizim.Media