Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışların sonuncu günü keçirilir.
Bizim.Media xəbər verir ki, +90 kq. çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov final görüşünə çıxıb.
Türkiyə təmsilçisi İbrahim Tataroğlu ilə üz-üzə gələn idmançımız rəqibinə qalib gələrək Avropa çempionu olub.
Digər cüdoçumuz Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.
Qeyd edək ki, bundan əvvəl Məhəmməd Məmişov, -Mirxaliq İskəndərov,Məhəmməd Musayev, Əbil Yusubov, qızlar arasında Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Mehdi Cəfərov, Xədicə Qədəşova, Əhməd Rüstəmov isə bürünc medal qazanıblar.
Bizim.Media