"Qarabağ" daha bir transferi həyata keçirməyə yaxındır.
Bizim.Media Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu "Çaveş"in braziliyalı hücumameylli yarımmüdafiəçi Juninyo ilə anlaşıb.
Azərbaycan çempionunun bu transfer üçün qarşı tərəfə 500 min avro ödəyəcəyi iddia edilir.
Juninyo "Atletiko Paranaense", "Fiqeyrense", "Portimonense", "Villa Nova", "Eştoril" klublarının formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media