“Zirə” Ruan Renato ilə anlaşıb.
Bizim.Media xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi Bakı klubu ilə 2 illik müqavilə imzalayıb.
Son iki mövsümü “Qəbələ”də keçirən Renato “qırmızı-qaralar”ın yeni sözləşmə təklifini qəbul etməmişdi. O, əvəzində “Zirə” ilə razılaşıb. Transferin tezliklə açıqlanması gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media