Polşada keçirilən III Avropa oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatında çəkic atma yarışlarındakı təmsilçimiz Anna Skidan 4-cü yeri tutub.
Bizim.Media xəbər verir ki, 71.69 metr nəticə ilə III divizionun qalibi olan Skidanı II divizionda yalnız 72.94 metr göstəricisi olan Rumıniya atleti Byanka Gelber qabaqlaya bilib.
I divizionda mübarizə aparan ateletlərdən italiyalı Sara Fantini 73.26 metr nəticə ilə qızıl medala sahib çıxıb. Finlandiyalı Silya Kosonen 72.34 metr göstərici ilə 3-cü yeri tutub.


Rəşad Rafiqoğlu, Bizim.Media