Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarının qalibi olub.
Bizim.Media xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda isveçrəli Yelena Kuiriçə 4:1 hesabı ilə qalib gəlib.
Millimizin digər üzvü Asiman Qurbanlı isə finala yüksələ bilməyib.
84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda xorvatiyalı Andelo Kvesiçə uduzub - 3:5. Buna baxmayaraq, Qurbanlı bürünc medal əldə edərək, Azərbaycan komandasına Avropa Oyunlarının ikinci mükafatını qazandırıb.
Qeyd edək ki, daha əvvəl digər karateçi Tural Ağalarzadə (67 kq) yarışın qalibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media