"Neftçi" daha bir futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, müdafiəçi Mert Çeliklə icarə müqaviləsi başa çatıb.
Klub futbolçu ilə yeni müqavilə bağlamayıb. Klub gənc futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 23 yaşlı Mert 2020-ci ilin sentyabrından etibarən “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media