Qarabağ"ın futbolçusu Zamiq Əliyev karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, U-21 yığmamızın sabiq üzvünün xidmətində Xorvatiya klubları maraqlıdır.
"Zirə"nin də transfer siyahısında yer alan Əliyev "Varazdin"ə keçə bilər. Hazırda adıçəkilən klubla müdafiəçinin meneceri arasında danışıqlar başlayıb.
Tərəflər arasında şərtlərdə razılıq əldə olunarsa, Zamiq yeni mövsümə Xorvatiya yüksək liqasında başlayacaq.
Qeyd edək Zamiq Əliyev son mövsümü icarə əsasında “Kəpəz”də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media